“Fulhem” ərəblərin 30 milyon avroluq təklifini rədd edib

Serbiyalı hücumçu Aleksandar Mitrovic “Əl-Hilal”a keçmək istəyir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Fulhem” futbolçusunu Səudiyyə Ərəbistanı klubuna buraxmır. “Əl-Hilal” hücumçu üçün 30 milyon avro təklif etsə də, “Fulhem” bunu rədd edib.

İngiltərə klubunun mövqeyi ondan ibarətdir ki, Mitroviç satılmır.

Bu yay “Əl Hilal” “Vulverhempton”dan Ruben Nevesi 47 milyon, “Çelsi”dən Xalidu Kulibalini 20 milyon və Sergey Milinkovic-Saviçi “Latsio”dan 40 milyon avroya alıb.

Mitrovic keçən mövsüm bütün yarışlarda 28 oyunda 15 qol vuraraq, “Fulhem”in bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button