De Yonq İngiltərə nəhənginin hədəfində

Niderlandlı futbolçu Frenki de Yonq “Mançester Siti”yə keçə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Mançester Siti” bu yay “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməyi planlaşdırır.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola de Yonqu komandasında görmək istəyir. O, 24 yaşlı futbolçunu komandadan ayrılmaq üzrə olan Fernandinyoya alternativ olaraq görür.

De Yonq bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button