“Barselona”da Qrizmannın gələcəyi müəyyənləşdi

Fransız hücumçu Antuan Qrizmann növbəti mövsümdə də “Barselona”da qalacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, Qrizmannın “Barselona” rəhbərliyi ilə görüşdüyü və yeni mövsümdə komandada qalacağı bildirilib.

2019-cu ildən “Barselona”da çıxış edən Qrizmannın müqaviləsi 2024-cü ilə qədərdir. İspaniya mətbuatı 29 yaşlı hücumçunun Kataloniya klubundan ayrılacağını iddia edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button