“Bavariya” hazırda dünyanın ən yaxşı komandasıdır” – Poçettino

Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 final mərhələsinin Almaniya “Bavariya”sına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan argentinalı mütəxəssis, “Bavariya”nın hazırda dünyanın ən yaxşı komandası olduğunu deyib:

“Oyunda hər şey ola bilər. “Bavariya” hazırda dünyanın ən yaxşı komandasıdır. Onlara hörmətlə yanaşırıq. Eyni zamanda, öz gücümüzü də bilirik. Başa düşürük ki, qələbəyə köklənməli və buna nail olmağa çalışmalıyıq”.

Bu gün keçiriləcək PSJ – “Bavariya” matçı saat 23:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk görüşdə PSJ 3:2 hesablı qələbə qazanıb.