“Messi ilə birlikdə oynamaq istərdim” – PSJ-nin futbolçusu

Fransanın PSJ klubunun futbolçusu Marko Verratti açıqlama verib.

Komanda.az xəbər verir ki, “goal.com”a danışan italyan yarımmüdafiəçi, “Barselona”nın futbolçusu Lionel Messi ilə birlikdə oynamaq istədiyini deyib:

“Əlbəttə, Messi ilə birlikdə oynamaq istərdim. Onun komandamızda olması möhtəşəm olardı. Bu, futbolun mənə verə biləcəyi başqa bir şeydir. Topu Messi və Neymara ötürüb, onları izləyərdim”.

Fransa mətbuatının xəbərinə görə, PSJ Messi ilə yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button