PSJ istədi, “Milan” “yox” dedi

Fransanın PSJ klubu “Milan”ın futbolçusu Teo Hernandesi transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı müdafiəçi üçün “qırmızı-qaralara”a 40 milyon avroluq təklif göndərib. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə, “Milan”ın PSJ-nin təklifini rədd etdiyi bildirilib.

Teonun “Milan”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.