PSJ İkardinin transfer hüquqlarını aldı – rəsmi

Fransanın PSJ klubu icarə əsasında komandada çıxış edən Mauro İkardinin transfer hüquqlarını alıb.

Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. PSJ argentinalı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalayıb.

2019-20 mövsümünü icarə əsasında PSJ-də keçirən İkardi, iştirak etdiyi 31 oyunda 20 qolla yadda qalıb.

İkardi müqavilə ilə “İnter” klubuna məxsus idi.