PSJ Neymarla razılığa gəldi – 30 milyon avroluq müqavilə

Fransanın PSJ klubu futbolçusu Neymarın müqaviləsini yeniləməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi braziliyalı hücumçu ilə razılıq əldə edib. Bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” hesabında məlumat yayıb. Neymarla yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər olacaq.

29 yaşlı futbolçu yeni sözləşməyə görə PSJ-də illik 30 milyon avro məvacib alacaq. Müqavilənin şərtləri 2022-ci ilin yayından qüvvəyə minəcək.

2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçən Neymar, bu mövsüm 22 oyunda 13 qol vurub.