PSJ Halanda rekord məbləğdə maaş ödəməyə hazırdır

Fransanın PSJ klubu Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandla maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. Paris klubu hücumçu Kilian Mbappenin komandadan ayrılacağı halda, onun yerini Halandla doldurmağa çalışacaq.

PSJ Halanda rekord məbləğdə – 38-42 milyon avro maaş ödəməyə hazırdır.

Paris təmsilçisi norveçli hücumçuyla 2+1 illik sözləşmə imzalaya bilər.