“Monako”nun bir futbolçusu koronavirusa yoluxdu

Fransanın “Monako” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxan futbolçunun adı açıqlanmayıb və o, həkim nəzarətindədir.