“Monako”da rus futbolçu fərqləndi

Fransanın “Monako” klubunda fevral ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovindir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolovin “Monako” ilə ötən ay 6 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rusiya millisinin də üzvü olan 23 yaşlı futbolçu bu mövsüm Liqa 1-də 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button