“Monako”da yeni müqavilə

Fransanın “Monako” klubu futbolçusu Benua Badyaşilin müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin iyununa qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Monako”nun yetirməsi olan Badyaşil bu mövsüm 14 oyuna çıxıb. Müdafiəçi 19 yaşadək futbolçulardan ibarət Fransa millisinin də kapitanıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button