“Lion” milli üzvləri ilə razılığa gəldi

Fransanın “Lion” klubu iki futbolçusunun müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi qapıçı Entoni Lopeş və müdafiəçi Leo Dyuba ilə yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lopeşlə 2023-cü, Dyuba ilə isə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalanıb. “Lion”un yetirməsi olan Lopeş, Portuqaliya millisinin də üzvüdür.

Dyuba isə “Nant”ın yetirməsidir. 2018-ci ilin yayında “Lion”a keçən 24 yaşlı müdafiəçi Fransa millisinin də formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button