“Lion” yetirməsi ilə müqaviləni yenilədi

Fransanın “Lion” klubu futbolçusu Florian Da Silva ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Lion”un yetirməsi olan Florian bu mövsüm əsas komanda ilə bir oyuna çıxıb.