Türkiyə millisinin üzvü rəsmən “Lill”də

Fransanın “Lill” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 klubu “Beşiktaş”dan ayrılan Burak Yılmazı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçuyla iki illik müqavilə imzalanıb. Burak “Lill”də artıq ilk məşqinə də çıxıb.

Burak Yılmaz son mövsümdə “Beşiktaş”ın heyətində meydana çıxdığı oyunlarda 13 qola imza atıb. O, “Lill”də forma geyinən Zeki Çelik və Yusuf Yazıcıdan sonra Fransa klubunun heyətinə qatdığı üçüncü türk futbolçu olacaq.

Burak 59 dəfə formasını geyindiyi Türkiyə yığmasında 24 qol vurub.