“Lester”in hədəfindəki braziliyalı

Donetsk “Şaxtyor”una məxsus olan və Fransanın “Lion” klubunda çıxış edən Tete karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Lester” keçidin reallaşması üçün danışıqlar aparır.

“Lion” braziliyalı oyunçunu 2022-ci ilin mart ayının sonunda “Şaxtyor”dan icarəyə götürüb. Klublar öncə futbolçunun 30 iyun 2022-ci ilə qədər Liqa 1 təmsilçisində çıxış etməsi ilə bağlı razılığa gəliblər. Daha sonra icarənin müddəti daha bir il uzadılıb.

Tete Fransa çempionatında cari mövsümdə 17 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. O, “Şaxtyor”a 15 milyon avroya, Braziliyanın “Qremio” klubundan keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button