Fransa klubundan 2 yeni transfer

Fransanın “Lill” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Reynildo Mandava və Abu Uattaranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mozambik yığmasının da şərəfini qoruyan Reynildo, Portuqaliyanın “Belenenseş” klubundan transfer olunub. O, bu ilin yanvar ayından etibarən “Lill”də icarə əsasında çıxış edirdi. 25 yaşlı futbolçu ilə 2022-ci ilə qədər müqavilə imzalanıb.

Abu Uattara isə Belçikanın “Mexelen” klubundan gəlib. O da yanvar ayından “Lill”in ikinci komandasında icarədə çıxış edirdi. 19 yaşlı burkina fasolu futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button