Fransa klubunda yeni baş məşqçi – Rəsmi

“Oser” baş məşqçi postuna yeni təyinatı rəsmən açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın “sükanı arxasına” 33 yaşlı mütəxəssis Uill Still gətirilib. Tərəflər arasında müddəti 2 il olan müqavilə imzalanıb. Anlaşmada müddətin əlavə bir il uzadılma bəndi də yer alıb. Still yay hazırlıq dövrünün başlanğıcından etibarən komanda ilə işə başlayacaq.

Gənc mütəxəssis məşqçilik karyerasına Belçikada başlayıb, daha sonra “Reyms”də köməkçi məşqçi kimi fəaliyyət göstərib. Qısa müddət sonra isə baş məşqçi vəzifəsinə yüksəlib. O, 30 yaşında Avropanın beş aparıcı çempionatında çalışan ən gənc məşqçi kimi tarixə düşüb.

Still, xüsusilə, yüksək pressinqə və hücum futboluna əsaslanan oyun üslubu ilə tanınır. Onun rəhbərliyi altında “Reyms” 19 oyunluq məğlubiyyətsiz seriya nümayiş etdirib və müxtəlif mövsümlərdə Fransa çempionatını 11-ci və 9-cu pillələrdə başa vurub. Daha sonra “Lans”da çalışan mütəxəssis uğurlu nəticələrini davam etdirib, son olaraq isə “Sauthempton”da fəaliyyət göstərib.

“Oser” ötən mövsüm Fransa çempionatını turnir cədvəlinin 15-ci pilləsində başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button