Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı

Fransanın “Olimpik” (Marsel) klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

62 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Mətbuatda yer alan xəbərə görə, argentinalı baş məşqçi “Marsel”in transfer siyasətindən narazı qaldığı üçün postundan ayrılıb.

Xatırladaq ki, Xorxe Sampaoli 2021-ci ilin fevralından komandaya rəhbərlik edirdi.