Fransa klublarına “yaşıl işıq”

Fransa klubları iyul ayından etibarən hazırlıq oyunları keçirə biləcək.

Komanda.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.

Çempionatda 2020-21-ci il mövsümünün əvvəl açıqlandığı kimi, avqustda start götürəcəyi, komandaların iyul ayından etibarən hazırlıq matçları keçirə biləcəkləri bildirilib.

Fransa Liqa 1-də cari mövsüm koronavirus səbəbiylə erkən tamamlanıb və PSJ çempion elan edilib.