AÇ-2024: “Fransa millisi həmişə əsas favorit sayıla bilər”

“Bayern”in və Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala qarşıdan gələn Avropa çempionatının əsas favoritlərini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu, Fransa yığmasının həmişə əsas favorit sayıldığını vurğulayıb:

“Fransa millisi həmişə əsas favorit sayıla bilər. Sonra çoxlu sayda keyfiyyətli oyunçuya sahib İngiltərə var. Mən həmçinin İspaniyanı istisna etmirəm. Onların da əla oyunçuları var.

Turniri izləmək maraqlı olacaq, çünki hər dəfə bir və ya iki komanda sürpriz təqdim edir. Bu, hər bir ölkə üçün əla fürsət olacaq”.

AÇ-2024 Almaniyada keçiriləcək. Almanlar Macarıstan, İsveçrə və Şotlandiya ilə eyni qrupda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button