“Monako”nun futbolçusu cəzalandırıldı

Fransa Futbol Federasiyası “Monako” klubunun müdafiəçisi Ruben Aqiları 3 oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, cəzaya fransalı futbolçunun Liqa 1-in 2-ci turu çərçivəsində “Mets” ilə oyunda (0:3) qırmızı vərəqə alması səbəb olub.

Aqilar Liqa 1-in qarşıdakı turlarında “Nim”, “Strasburq” və “Marsel”lə oyunlarda komandasına kömək edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button