Rəsmi: Daha bir ölkədə Formula 1 qran-prisi ləğv edildi

Formula 1 üzrə Niderland qran-prisi ləğv edilib.

Komanda.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.

1-3 may tarixlərində keçirilməsi planlaşdırılan, lakin koronavirus səbəbiylə təxirə salınan yarış eyni səbəblə ləğv edilib.

Daha əvvəl Formula 1 rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5-7 iyunda keçirilməli idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button