Dünyanın ən çox qazanan futbolçusu

“Forbes” nəşri dünyanın ən çox qazanan futbolçularının yeni siyahısı açıqlayıb.

Komanda.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo siyahının ilk pilləsinə yüksəlib. Portuqaliyalı futbolçu 2021/2022 mövsümündə vergilər çıxılmadan 106,6 milyon avro qazanacaq.

İkinci pillədə “Barselona”dan Fransa PSJ-sinə keçən Lionel Messi yer alıb. Argentinalı futbolçu vergilər çıxılmadan 93,8 milyon avro qazanacaq.

3-cü və 4-cü sırada da Paris klubunun oyunçuları yer alıb. Neymar 81 milyon, Kilian Mbappe isə 36,7 milyon avro qazanacaq.