Fofana yenidən “Çelsi”də

“Çelsi” “Union”da (Berlin) icarə əsasında oynayan futbolçusu David Datro Fofananı komandaya qaytarıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan hücumçu 2023-cü ilin yayından Berlin təmsilçisində çıxış edirdi. O, bu müddətdə Bundesliqada 12 oyuna çıxıb və 1 qol vurub. 

Fofananın “Çelsi” ilə müqaviləsi bu ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button