Flik Xavinin “Barselona”ya gətirdiyi futbolçunu göndərəcək

“Barselona” bir il əvvəl azad agent kimi komandaya qoşulan mərkəz müdafiəçisi İniqo Martineslə yayda yollarını ayıra bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barsa”nın keçmiş baş məşqçisi Xavi Hernandesin təşəbbüsü ilə komandaya dəvət olunub. Bildirilir ki, “Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik Martinesin xidmətlərindən imtina edə bilər. Klub rəhbərliyi də onu vacib oyunçu hesab etmir.

Daha əvvəl “Atletiko”nun 33 yaşlı Martineslə maraqlandığı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button