“Barselona” müdafiəçisi ilə anlaşa bilmir

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın müdafiəçisi Andreas Kristenseni yüksək qiymətləndirir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Kristensenin komandada qalmasını istəyir. Ancaq klub rəhbərliyi oyunçu ilə anlaşa bilmir. Danimarkalı futbolçu maaşının azaldılması şərti ilə müqaviləsinin müddətinin uzadılması təklifini rədd edib. Tərəflər razılığa gələ bilməsələr, o, yayda “Barselona”dan azad agent kimi ayrılacaq. Onunla İngiltərə, Almaniya və İtaliya təmsilçilərinin maraqlandığı bildirilir.

30 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 17 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button