Flik onu komandasında görmək istəyir

“Mançester Siti”nin müdafiəçisi Vitor Reys karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində “Barselona” maraqlıdır. Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini komandasında görmək istəyir.

La Liqa çempionu Reysi satınalma hüququ ilə birlikdə icarəyə götürməyi planlaşdırır. Oyunçunun bazar dəyəri hazırda 30 milyon avro olaraq qiymətləndirilir.

Reys ötən mövsümü icarə əsasında “Jirona”da keçirib. O, İspaniya çempionatında 36 oyunda meydana çıxaraq, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button