
Flik: “Nəticədən narazıyam”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Real Sosyedad”a qarşı səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra komandasının oyun keyfiyyətini yüksək qiymətləndirib.
Kataloniyalılar matç ərzində çoxsaylı qol imkanları yaratsalar da, onları dəyərləndirə bilməyiblər. Meydan sahibləri isə azsaylı şanslardan maksimum səmərə ilə istifadə ediblər.
Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis nəticədən narazı olduğunu gizlətməyib, ancaq komandanın oyun üslubundan məmnun qaldığını bildirib:
“Nəticədən narazıyam, amma biz məhz belə oynamaq istəyirik. Bəli, müdafiədə səhvlər oldu, ancaq ümumilikdə komanda yaxşı çıxış etdi. Bunu oyunçulara da dedim. Baş verəni qəbul etməliyik. Bəzən futbolda belə hallar yaşanır”.
Statistika da “Barselona”nın üstünlüyünü göstərir. Kataloniya klubunun futbolçuları rəqib qapısına 25 zərbə endirib, “Real Sosyedad” isə buna 7 dəfə nail ola bilib. Topa sahib olma göstəricisində də böyük fərq qeydə alınıb – 72-yə qarşı 28 faiz “Barselona”nın üstünlüyü olub.
Bizi Facebook-da izləyin



