
Flik: “Barselona”da həqiqətən xoşbəxtəm”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasıyla bağlı hisslərindən danışıb. Almaniyalı mütəxəssisin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir, lakin müxtəlif mənbələr vaxtın daha bir il uzadılacağını bildirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Mən “Barselona”da həqiqətən xoşbəxtəm. Klub mənə, köməkçilərimə və oyunçulara etibar edir. “Barselona”nın insanlar üçün nə qədər əhəmiyyətli olduğu inanılmazdır. Bütün bunların ürəkdən gəldiyini hiss edə bilərsiz. Klub, şəhər – burada hər şey möhtəşəmdir”.
Flik 2024-cü ilin yayından “Barselona”da çalışır və onun rəhbərliyi altında komanda iki mövsümdə 6 mümkün daxili kubokdan 5-ni qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



