Flik “Barselona”ya Bundesliqadan 2 futbolçu gətirmək istəyir

“Barselona”nın yeni baş məşqçisi olacaq Hans-Diter Flik Bundesliqadan iki futbolçunu Kataloniya klubunda görmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin Kataloniya klubuna təyinatı hələ rəsmən təsdiqlənməsə də, onun transfer maraqları ilə bağlı bir neçə gündür mətbuatda məlumatlar yer alır.

Flikin transfer hədəflərindən ikisi “Bayern”in futbolçusu Camal Musiala və “Bayer”in üzvü Florian Virtsdir. Flik hər iki oyunçunu öz üslubuna görə ideal futbolçu hesab edir. Lakin hazırda klubun onlardan ən azı birini əldə etmək şansı sıfıra yaxındır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button