
Flik “Atletiko” ilə oyun üçün “dəli plan” hazırlayır
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik ölkə kubokunda yarımfinalın cavab matçı üçün “Atletiko”ya qarşı böyük taktiki dəyişikliklər etməyə hazırlaşır. Kataloniyalılar ilk matçda səfərdə 0:4 hesabı ilə uduzublar.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı komandasının hücumda aqressiv oyun sərgiləməsi fonunda 4 top fərqini aradan qaldırmağın mümkün olduğunu hesab edir.
Flikin planına görə, Robert Levandovski, Markus Reşford, Rafinya Dias və Lamin Yamal eyni vaxtda start heyətində yer alacaq.
“Barselona”nın “Atletiko” ilə cavab matçı martın 3-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



