“36 yaşlı Riberini izlədiz?”

“Fiorentina” klubunun prezidenti Rokko Komisso İtaliya A Seriyasının 3-cü turunda “Yuventus”la qolsuz bərabərə qaldıqları oyundan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Komisso, yeni transferləri Frank Riberinin ünvanına tərif yağdırıb:

“36 yaşlı Riberini izlədiz? Kriştiano Ronaldodan daha yaxşı oynadı. Yeni komanda qurduq və Riberi kimi çempionumuz var. Zamanla bu oyunları qazanacağıq.

Mənə zaman versəz, “Fiorentina”nın bir şeylər qazanmağına kömək edəcəm. Son iki ayda çox inkişaf etmişik. Bu komandanın gələcəyi var. Yaxşı şeylər edəcəyik”.

“Fiorentina” A Seriyasında 3 turdan sonra 1 xalla 16-cı sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button