“Finala qədər getməyə ümid edirik” – “Qarabağ”a qol vuran oyunçu

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister UEFA Çempionlar Liqasının 8-ci turunda evdə “Qarabağ” üzərində qazanılan qələbədən (6:0) sonra fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Argentina millisinin üzvü oyunun komanda üçün əla keçdiyini və qarşıya böyük hədəflər qoyduqlarını bildirib:

“İlk 8-likdə bitirmək çox gözəldir. Bu, bizim üçün əla axşam oldu. Cari mövsümdə finala qədər getməyə ümid edirik. Öz imkanlarımızı çox yaxşı bilirik. İndi püşkatmanı gözləmək və növbəti rəqibin kim olacağını görmək lazımdır. Planlarımızı da buna uyğun quracağıq”.

Arne Slotun rəhbərlik etdiyi “Liverpul” Çempionlar Liqasının ümumi mərhələsini 18 xalla turnir cədvəlinin 3-cü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button