Filip Ozobiç mövsümü başa vurdu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”lə matçın ilk hissəsində zədələnərək əvəzlənən “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, xorvatiyalı futbolçu bu gün həkim müayinəsindən keçib.

Müayinədə Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əzniyi və əzələarası hematoma müəyyən edilib.

Bu səbəbdən Filip Ozobiçin mövsümün sonuna qədər oynamayacağı dəqiqləşib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button