“Messiyə səs verməmişəm” deyən futbolçunun yalanı FOTO

Nikaraqua millisinin futbolçusu Xuan Barrera FİFA-nın “The Best” mükafatı sorğusunda Lionel Messiyə səs vermədiyini, ancaq qurumun yayımladığı siyahıda onun argentinalı hücumçuya səs verdiyinin göstərildiyini deyərək, qarşı tərəfi saxtakarlıqda ittiham edirdi.

Komanda.az xəbər verir ki, FİFA Barreranın dediklərinin yalan olduğunu sübuta yetirib. Ali futbol qurumu futbolçunun səs verdiyi möhürlü sənədin fotosunu TASS İnformasiya Agentiliyinə təqdim edib. Sənədə əsasən, Barrera Messiyə 5, Sadio Maneyə 3, Kriştiano Ronaldoya isə 1 xal verib.

“The Best” mükafatının qalibi Lionel Messi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button