Əliyar Ağayev Avropa Liqasının oyununda

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 16-da, Herninq şəhərində keçiriləcək “Midtyulland” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.