FİFA “Qarabağ”ın rəqibinə transfer qadağası qoydu

FİFA “Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibi Fransa “Marsel”inə transfer qadağası qoyub.

Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. “Marsel” qarşıdakı iki transfer dönəmində heyətinə futbolçu cəlb edə bilməyəcək.

Qadağaya səbəb “Marsel”in 2020-ci ilin yayında heyətə cəlb olunan Papa Qeyenin transferində qaydaları pozması olub. Qeye isə 4 aylıq futboldan uzaqlaşdırılıb.

“Qarabağ” “Marsel”lə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.