FİFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqladı

FİFA Puşkaş mükafatına namizədlərin siyahısını açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mükafata 11 futbolçu iddia edir. Onlardan 3-ü qadın oyunçudur.

Mükafatlandırma mərasimi 2022-ci ilin 17 yanvarında baş tutacaq.

Namizədlərin tam siyahısı belədir:

  1. Luis Dias (Kolumbiya, “Portu”)
  2. Qotye En (Fransa, “Oser”)
  3. Erik Lamela (Argentina, “Tottenhem”)
  4. Valentino Lazaro (Avstriya, “Benfika”)
  5. Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”)
  6. Sandra Ovusu-Ansa (Qana, “Spartak”)
  7. Vangelis Pavlidis (Yunanıstan, “Alkmaar”)
  8. Daniele Sançes (Meksika, “Keretaro”)
  9. Patrik Şik (Çexiya, “Bayer”)
  10. Mehdi Taremi (İran, “Portu”)
  11. Kerolayn Uir (Şotlandiya, “Mançester Siti”)