Reytinq: Azərbaycan millisi 5 pillə gerilədi!

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisi 5 pillə geriləyərək 1158 xalla 117-ci sırada qərarlaşıb.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində bu ay Lüksemburqa (1:2), Portuqaliyaya (0:3) uduzub, İrlandiya ilə isə heç-heçə edib (1:1).

Reytinq siyahısına 1832 xalla Belçika yığması başçılıq edir.