FİFA ilin ən yaxşılarını yanvarda mükafatlandıracaq

FİFA-nın “The Best” mükafatının təltif olunma mərasiminin vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, 2022-ci ilin 17 yanvarında keçiriləcək.

“The Best” – ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FİFA mükafatıdır. Bu il 22 noyabr – 10 dekabrda aparılacaq səsvermənin yekununda ən yaxşı oyunçu, ən yaxşı baş məşqçi, ən yaxşı qapıçı, Feyr Pley, ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və ilin rəmzi komandası müəyyənləşəcək.

Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.