FİFA ilin ən yaxşı qapıçısı adına namizədlərin sayını azaltdı

FİFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədlərin sayını azaldıb.

Komanda.az xəbər verir ki, kişilər arasında bu ada Canluici Donnarumma (İtaliya, PSJ), Eduard Mendi (Seneqal, “Çelsi”) və Manuel Noyer (Almaniya, “Bayern”) iddia edir.

Ötən ilin ən yaxşısı olmağa namizəd qadın qolkiperlər isə bunlardır: Ann-Katrin Berger (Almaniya, “Çelsi”), Kristiana Endler – (Çili, PSJ/”Olimpik”, Lion), Stefani Labbe (Kanada, “Rusenqord”/PSJ).

Xatırladaq ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək.