FİFA ilin ən yaxşı baş məşqçisi adına son namizədləri açıqladı

FİFA 2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlərin sayını üçə endirib.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Hazırda bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini, onun İngiltərənin “Mançester Siti” və “Çelsi” klublarındakı həmkarları, müvafiq olaraq, Xosep Qvardiola və Tomas Tuxel iddia edir.

FİFA qadın futbolunda da ilin ən yaxşısı adına son üç namizədi açıqlayıb. Bu ada “Barselona”nın baş məşqçisi Luis Kortes, “Çelsi”nin çalışdırıcısı Emma Hayes və Niderlanddan olan Sarina Viqman (Niderland millisi/İngiltərə millisi) namizəddir.

Xatırladaq ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək.