FİFA DÇ-2022-nin posterini təqdim etdi – FOTO

FİFA Qətərdə keçiriləcək dünya çempionatının rəsmi posterini təqdim edib.

Komanda.az xəbər verir ki, əsərin müəllifi yerli xanım rəssam Buteyne əl Muftahdır.

Əsas posterdə havaya atılan baş örtükləri təsvir olunub. Bunlar təkcə Qətərin deyil, bütün ərəb dünyasının bayramını simvolizə edir.

Əlavə 7 poster isə ailəni birləşdirən oyun kimi ərəb dünyasının futbola marağını göstərir.

Mundial 21 noyabr-18 dekabr aralığında keçiriləcək. DÇ-2022-də 32 ölkənin milli komandası gücünü sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button