FIDE reytinqinin ilk “10-luğ”unda şahmatçımız qalmadı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, ilk “10-luq”da Azərbaycan təmsilçisi yer almayıb.

Teymur Rəcəbov (2747 xal) 3 pillə geriləyərək 13-cü olub. Şəhriyar Məmmədyarov (2740 xal) bir sıra irəliləyərək 15-ci mövqedə qərarlaşıb.

Qədir Hüseynov (2661) 3 pillə itirərək 83-cü olubsa, Rauf Məmmədov “100-lüy”ü tərk edib.

Siyahıya əvvəlki kimi norveçli Maqnus Karlsen (2853) başçılıq edir. Fransanı təmsil edən iranəsilli Alireza Firuzca (2786) ikinci, hazırkı dünya çempionu çinli Din Liren (2780) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2456) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) 89-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button