FİDE reytinqi: Şəhriyarla Teymur mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, ilk “10-luq”da yenə Azərbaycandan yalnız Şəhriyar Məmmədyarov yer alıb.

O, yeni reytinq cədvəlində 1 xal geriləsə də, 10-cu pillədə qalıb. Onun indi 2757 xalı var. Teymur Rəcəbov yenə 2747 xalla 15-ci yerdədir.

Qədir Hüseynov (2661 xal) 78-ci pillədən 85-ə düşüb. Əvvəlki reytinq cədvəlində 93-cü pillədə olan Rauf Məmmədov isə ilk 100 şahmatçı siyahısını tərk edib.

Qadınların reytinq cədvəlində Azərbaycan şahmatçılarından Günay Məmmədzadə 7 xal artıq toplasa da, 2473 xalla yenə 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2408 xal) 4 pillə geriləyərək 45-ci, Gülnar Məmmədova (2382 xal) isə 5 sıra geriləyərək 73-cü olub. Azərbaycan millisinin digər üzvü Xanım Balacayeva ilk “100-lüy”ə düşüb. O, 2379 xalla 75-cidir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button