“Ona qarşı mübarizə aparmaq çox çətin idi” – Fernandinyo

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Fernandinyo qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu, sosial şəbəkə hesabından açdığı canlı yayımda indiyədək qarşılaşdığı ən çətin futbolçunun Dieqo Koşta olduğunu bildirib:

“Lionel Messi, Kriştiano Ronaldo, Kilian Mbappe, Neymar indiyədək qarşılaşdığım ən çətin futbolçulardan bəziləridir və bu futbolçuların hamısı müdafiəyə qarşı çətinlik yaratmağa qadirdir. Amma bu baxımdan daha çox fərqlənən bir futbolçu var – Koşta. O, “Çelsi”də oynayarkən, ona qarşı mübarizə aparmaq çox çətin idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button