Fernandes Salahı geridə qoydu

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes Premyer Liqada növbəti məhsuldar ötürməyə imza atıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Arsenal”la ev matçında (3:1) fərqlənib. Bu, Fernandesin Premyer Liqada 23-cü məhsuldar ötürməsidir. Onun İngiltərədə debüt etdiyi vaxtdan bu günə qədər olan dövrdə heç kim daha çox məhsuldar ötürməyə imza atmayıb. 2020-ci il fevralın 1-dən sonrakı müddətdə Məhəmməd Salah (“Liverpul”) və Kevin de Bruyne (“Mançester Siti”) hərəyə 22 dəfə qol ötürməsi verib. Harri Keyn (“Tottenhem”) 21, “Mançester Siti” və “Arsenal” forması geyinən Qabriel Jesus 18 dəfə fərqlənib.

“Mançester Yunayted” Premyer Liqada ardıcıl iki məğlubiyyətdən sonra 4-cü qələbəsini qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button