“Mançester Yunayted”in Raysa ehtiyacı var” – Ferdinand

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand klubun hansı futbolçularla müqavilə imzalamalı olduğunu deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın “Vest Hem”də forma geyinən Deklan Raysa ehtiyacı olduğunu söyləyib:

“Mançester Yunayted”in Deklan Raysa ehtiyacı var. O, meydanın mərkəzində komandaya fayda verəcək. Deklan kifayət qədər gəncdir, lakin artıq lider xarakteri var. Belə bir oyunçu mütləq “qırmızı şeytanlar” üçün faydalı olar.

Çud Bellingem haqqında da oxşar fikrim var. O, “Borussiya”da məhv olur. Çud belə gənc yaşda “Mançester Yunayted”in əsas oyunçusu ola bilər. Ona inanmaq lazımdır və o, bir dəyişiklik edəcək”.

Daha əvvəl portuqaliyalı hücumçu Kriştiano Ronaldonun bu yay “Mançester Yunayted”i tərk edə biləcəyi, lakin klubun onu yalnız əvəzedicisi alınacağı təqdirdə buraxmağa hazır olduğu bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button