Felikslə Premyer Liqanın 2 klubu maraqlanır

Joao Feliks icarə müddəti bitdikdən sonra “Barselona”dan “Atletiko”ya qayıdacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu portuqaliyalı futbolçu ilə maraqlanmır və ona görə də, onu başqa komandaya göndərə bilər. Futbolçunun transferində İngiltərə Premyer Liqasının iki klubu maraqlıdır. Söhbət “Vest Hem” və “Aston Villa”dan gedir. “Atletiko” Feliks üçün təxminən 50 milyon avro təklif edilsə, onu sata bilər.

24 yaşlı hücumçu İspaniya çempionatının bu mövsümündə 29 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button